Əziz tələbələr və magistratura təhsil səviyyəsinə yeni qəbul olmuş bakalavrlar!
Magistratura səviyyəsinə qəbul olunmağınız münasibətilə sizi təbrik edirik! Bu nailiyyət sizin əzminizin, zəhmətinizin və biliyə olan bağlılığınızın göstəricisidir.
Təhsil yolunda atacağınız hər bir addımda sizə uğurlar arzulayırıq.
Bildiririk ki, 2025–2026-cı tədris ilinin payız semestri üzrə e-ttkf.edu.az portalında müraciət dövrü 24 iyul tarixindən açıq elan olunacaqdır.
Tələbələr 24 iyul tarixindən başlayaraq https://e-ttkf.edu.az/ portalına daxil olaraq TTK-dan yararlana bilərlər.
DİM tərəfindən 2025/2026-ci tədris ili üçün keçirilən müsabiqənin nəticələrinə əsasən ali təhsil pilləsinin magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr, həmçinin 2-ci və daha yuxarı kurslarda ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.
Magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az vasitəsilə tələbə qeydiyyatı prosesini həyata keçirən zaman paralel olaraq təhsil tələbə kreditinə də müraciət edə biləcəklər!
Qeyd: 2025-2026-cı tədris ili üzrə bakalavriat və subbakalavriat təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də (e-ttkf.edu.az) göndərə biləcəklər.
Yeni tədris ilində hər birinizə uğurlar və parlaq gələcək arzulayırıq!
Qeydiyyat linki: www.e-ttkf.edu.az