TTKF-nin təşkilatçılğı ilə “TTK almış Məzunların Karyera İmkanları üzrə İşəgötürənlərlə Əməkdaşlıq” adlı tədbir keçirilib.
6 oktyabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondunun (TTKF) təşkilatçılığı ilə “TTK almış Məzunların Karyera İmkanları üzrə İşəgötürənlərlə Əməkdaşlıq” mövzusunda tədbir keçirilib. Görüşdə dövlət, təhsil və özəl sektoru təmsil edən 30-a yaxın qurumun kadr siyasətini həyata keçirən rəhbərləri və mütəxəssisləri iştirak ediblər.
Tədbirin əsas məqsədi təhsil tələbə krediti (TTK) almış məzunların potensial iş imkanlarının artırılması, onların əmək bazarına inteqrasiyasının gücləndirilməsi və işəgötürənlərlə qarşılıqlı fayda doğuran yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.
Görüş iştirakçılarına ilkin olaraq Fondun fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib. Ardınca TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun yaranma məqsədi, fəaliyyətinə aid statistik göstəricilər və işəgötürənlərlə birgə əldə olunmuş nəticələr barədə təqdimatla çıxış edib.
Bu günə qədər TTKF-nin elektron portalına daxil olan 82 mindən çox müraciətdən 66 minə yaxın TTK müqaviləsi rəsmiləşmişdir. Yararlanan tələbələrdən 1487 nəfər peşəkar təlimlərə cəlb olunub, 1500 nəfər təcrübə proqramlarında iştirak edib, 300-dən çox məzun isə işlə təmin olunmasına dəstək göstərilib. Bu istiqamətdə 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 17 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb.
Tədbir iştirakçıları TTK-dən yararlanan tələbə və məzunların müxtəlif sahələr üzrə təcrübə proqramlarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası ilə bağlı fikir və təkliflər səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və işəgötürənlərlə birgə proqramların icrası, eyni zamanda potensial əməkdaşlıq imkanları müzakirə edilib.
TTKF-nin İdarə Heyətinin sədrinin bağlanış nitqi ilə başa çatan tədbir, tərəflər arasında gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradaraq qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün yeni perspektivlərin açılmasına şərait yaradıb.