Təhsil Tələbə Krediti Fondu tərəfindən maarifləndirici infosessiyalar yekunlaşıb.
31 oktyabr - 10 dekabr tarixlərində Fondun əməkdaşları Bakı və Sumqayıt şəhərlərində yerləşən ali, orta ixtisas və peşə təhsili müəssisələrində silsilə görüşlər keçirib. Təbliğat-təşviqat kampaniyasının əsas məqsədi təhsil tələbə kreditləri barədə tələbə və pedaqoji heyətin məlumatlılıq səviyyəsini artırmaqdır. Tədbirlər interaktiv və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Görüşlər ümumilikdə 54 təhsil müəssisəsini (27 ali, 18 orta ixtisas, 9 peşə) və 6700-dən çox insanı əhatə edib. Gələn il ümumi təhsil müəssisələri də daxil olmaqla ölkə üzrə 260-dan çox müəssisədə infosessiyaların davam etməsi nəzərdə tutulur.