“Karyera İmpulsu – Şəxsi İnkişaf Yolu” layihəsinin yekun təlimi keçirilib
Təhsil Tələbə Krediti Fondu və Bakı Slavyan Universitetinin “Karyera inkişafı, əmək bazarı və məzunlarla iş” şöbəsinin birgə təşkilatçılığı ilə “Karyera İmpulsu – Şəxsi İnkişaf Yolu” layihəsi çərçivəsində yekun təlim baş tutub.
Təlim təhsil tələbə kreditlərindən yararlanmış tələbələr üçün təşkil olunub, əsas məqsədi gənclərin əmək bazarına düzgün və effektiv inteqrasiyasına dəstək göstərmək olub.
Təlim iki əsas istiqamət üzrə həyata keçirilib. 16-17 dekabr tarixlərini əhatə edən iki günlük təlim proqramı çərçivəsində Fondun İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin aparıcı mütəxəssisi Leyla Rəhimova tərəfindən “İş müsahibəsinə hazırlıq və soft bacarıqlar" mövzusunda təlim keçirilib.Təlim çərçivəsində gənclər üçün interaktiv şəkildə keyslər əsasında qrup işləri, praktiki məşğələlər təşkil edilib.
Eyni zamanda, Təhsil Tələbə Krediti Fondu ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Birliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, təlimçi Əfsanə Abdullazadə və maliyyəçi-ekspert Coşqun Hüseynov tərəfindən “İş müsahibəsində çətin bacarıqların (hard skills) rolu” mövzusunda çıxışlar edilib, iştirakçılara real iş mühiti ilə bağlı praktiki biliklər təqdim olunub.
Sonda təlim iştirakçılarına təşəkkürnamələr təqdim edilib.