TTKF və Prior Leasing ASC arasında Anlaşma Memorandumu imzalanıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Prior Leasing ASC arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi təhsil tələbə kreditlərindən yararlanan tələbə və məzunların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb olunmasını təmin etmək, praktiki bilik və bacarıqlarını artırmaq, eləcə də karyera imkanlarını genişləndirməkdir.
İmzalanma mərasimində çıxış edən TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun fəaliyyəti və əldə olunan nəticələr barədə məlumat verib. Əyani və ödənişli əsaslarla təhsil alan tələbələrin maliyyə əlçatanlığının təmin olunmasında, eləcə də sosial bərabərliyin təşviqində Fondun mühüm rol oynadığını vurğulanıb. Bildirib ki, Fondun fəaliyyət dövrü ərzində kreditdən yararlanan tələbə və məzunların təhsilə çıxış imkanlarının əhatəliliyi əhəmiyyətli dərəcədə genişlənib və bu istiqamətdə görülən işlər ardıcıl olaraq davam etdirilir.
Prior Leasing ASC-nin direktoru Araz Səfərli təhsilin inkişafına yönəlmiş dövlət siyasətinin əhəmiyyətini qeyd edib, gənclərin əldə etdiyi bilik və bacarıqlarının real istehsalat mühitində inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Görüşdə imzalanan Memorandum çərçivəsində tələbə və məzunlar üçün yeni təcrübə və karyera imkanlarının yaradılması, onların peşəkar inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.