“Yumşaq bacarıqlar və əmək bazarına hazırlıq” mövzusunda növbəti təlim proqramı keçirilib
Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə təhsil tələbə kreditlərindən yararlanan tələbə və məzunlar üçün “Yumşaq bacarıqlar və əmək bazarına hazırlıq” mövzusunda növbəti təlim proqramı təşkil olunub.
14 aprel 2026-cı il tarixində Bakı Slavyan Universitetində (BSU) Karyera inkişafı, əmək bazarı və məzunlarla iş şöbəsi və Təhsil Tələbə Krediti Fondunun birgə təşkilatçılığı ilə “Ünsiyyət bacarıqları və texnikaları” mövzusunda təlim keçirilib.
İnteraktiv formada keçirilən təlimdə iştirakçılara effektiv ünsiyyətin əsas prinsipləri, o cümlədən aktiv dinləmə, empatiya və düzgün ifadə bacarıqları praktiki nümunələrlə izah edilib, sosial və akademik mühitdə ünsiyyətin rolu müzakirə olunub.
16 aprel tarixində isə Təhsil Tələbə Krediti Fondunun (TTKF) ofisində eyni mövzuda növbəti təlim sessiyası təşkil olunub. Bu sessiya məzunların və müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin peşəkar ünsiyyət bacarıqlarının inkişafına yönəlib. Sessiya çərçivəsində iş mühitində effektiv kommunikasiya, komandadaxili münasibətlərin qurulması kimi mövzulara xüsusi diqqət yetirilib.
Təlim proqramı təhsil tələbə kreditlərindən yaralanan tələbə və məzunların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına, özlərini daha aydın və inamlı ifadə etmələrinə, həmçinin peşəkar münasibətlər qurma bacarıqlarını inkişaf etdirmələrinə mühüm töhfə verib.
Təlim prosesində fəal iştirak edən iştirakçılara proqramın sonunda təşəkkürnamələr təqdim olunub.