TTK-dan yararlanan tələbələr üçün "Liderlik və komanda işi" təlimi keçirilib
Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə növbəti maarifləndirici təlim proqramı təşkil olunub. Fondun təşəbbüsü və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzi ilə əməkdaşlığı çərçivəsində universitetdə təhsil alan və təhsil tələbə kreditlərindən (TTK) yararlanan tələbələr üçün “Liderlik və komanda işi” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi tələbələrdə liderlik bacarıqlarının inkişaf etdirilməsi, komanda daxilində effektiv əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarının müasir tələblərinə uyğun peşəkar kompetensiyaların formalaşdırılması olub. Tədbir interaktiv formatda təşkil olunaraq iştirakçıların aktiv şəkildə prosesə cəlb olunmasını təmin edib.
Proqram çərçivəsində liderliyin əsas prinsipləri, liderlik üslubları, qərarvermə prosesləri, komanda daxilində rol bölgüsü və effektiv kommunikasiya üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda, praktiki tapşırıqlar, qrup müzakirələri və simulyasiya oyunları vasitəsilə tələbələr öyrəndikləri bilikləri real situasiyalara tətbiq ediblər.
Sonda təlimdə aktiv iştirak edən tələbələr təşəkkürnamə ilə təltif olunublar.