TTKF BSU karyera yarmarkasında təmsil olunub
1 may 2026-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə karyera yarmarkası keçirilib.
Təhsil Tələbə Krediti Fondunun (TTKF) da təmsil olunduğu yarmarkada 35 müəssisə tərəfindən 250-dən çox vakansiya təqdim olunub. Tədbirin əsas məqsədi tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək, onların aparıcı şirkətlərlə birbaşa əlaqə qurmasına şərait yaratmaq, eləcə də real iş və təcrübə imkanları ilə tanışlıqlarını təmin etmək olub.
Yarmarka çərçivəsində müxtəlif sahələri təmsil edən qurumlar öz vakansiyalarını təqdim edib. İştirakçılar ilkin müsahibələrdə iştirak etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə ediblər. Bununla yanaşı, tələbələr əmək bazarının aktual tələbləri, ixtisaslar üzrə gözləntilər və karyera inkişafı istiqamətləri barədə faydalı məlumatlar əldə ediblər.
TTKF-nin stendini ziyarət edən iştirakçılara Fondun fəaliyyəti, məqsədləri və prioritetləri, təhsil tələbə kreditinə müraciət qaydaları, kredit növləri, tətbiq olunan güzəştlər və ödəniş şərtləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, ziyarətçilərin fərdi sualları cavablandırılıb, onlara mövcud imkanlardan necə faydalana biləcəkləri izah olunub.