TTKF tələbələri üçün xarici dil və karyera imkanları mövzusunda təlim keçirilib
14 may 2026-cı il tarixində Təhsil Tələbə Krediti Fondu tərəfindən TTK-dan yararlanan tələbələr və Fondun istehsalat təcrübəsi proqramında iştirak edən tələbələr üçün “Xarici dil öyrənmənin gələcək karyerada rolu və sürətli öyrənmə strategiyaları” mövzusunda təlim təşkil olunub. Təlim Elm və Təhsil Nazirliyinin İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilib, iştirakçılarla xarici dil biliklərinin müasir əmək bazarında yaratdığı üstünlüklər, beynəlxalq karyera imkanları və sürətli öyrənmə metodları barədə geniş məlumat paylaşılıb.
Təlimin məqsədi effektiv xarici dil öyrənmə texnikasının təqdim edilməsi olub. İnteraktiv formatda təşkil olunan sessiyada yaddaş texnikaları, gündəlik praktika üsulları, dinləmə və danışıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində praktiki yanaşmalar iştirakçılarla bölüşülüb. İştirakçılar müxtəlif qrup tapşırıqları və müzakirələrdə iştirak edərək öyrəndikləri metodları tətbiq etmək imkanı əldə ediblər. Təlim çərçivəsində xarici dil bacarıqlarının beynəlxalq təhsil və iş imkanlarına çıxışda mühüm rol oynadığı xüsusi vurğulanıb.
Təhsil Tələbə Krediti Fondu tərəfindən tələbələrin fərdi inkişafı, əmək bazarına hazırlığı və yumşaq bacarıqların artırılması istiqamətində bu kimi maarifləndirici və inkişafyönümlü layihələrin davamlı həyata keçirilməsi nəzərdə tutulur.