TTKF-nin regionlar üzrə təbliğat-təşviqat işləri yekunlaşıb
Təhsil Tələbə Krediti Fondu tərəfindən həyata keçirilən təbliğat-təşviqat işləri 21 may 2026-cı il tarixində yekunlaşıb.
28 aprel tarixindən etibarən başlayan kampaniya çərçivəsində Şamaxı, Quba, Qazax, Cəlilabad, Lənkəran, Şəki, Zaqatala, Ağcabədi, Mingəçevir və Gəncə şəhər və rayonlarında yerləşən ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində silsilə görüşlər keçirilib. Görüşlər ümumilikdə 39 təhsil müəssisəsini əhatə edərək 4500-dən çox şagird, abituriyent, tələbə, valideyn və pedaqoji heyəti əhatə edib.
Görüşlərdə Fondun əməkdaşları iştirak edərək maarifləndirici sessiyaların təşkilində iştirak ediblər. Tələbə və abituriyentlərə Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti, təhsil kreditlərinin şərtləri, müraciət qaydaları və üstünlükləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Eyni zamanda, kampaniya çərçivəsində “Yumşaq Bacarıqlar və Əmək Bazarına Hazırlıq” layihəsi üzrə təlimlər də həyata keçirilib. Mingəçevir Dövlət Universitetində və Gəncə Dövlət Universitetində Fondun əməkdaşı, təlimçi – mentor Leyla Rəhimova tərəfindən “Yaradıcı düşüncə və innovasiya” və “Karyeraya doğru: Planlama, CV və Müsahibə Bacarıqları” mövzularında təlimlər təşkil olunub.
Təlimlər zamanı tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin artırılması, karyera planlaması, CV və motivasiya məktubu hazırlanması, müsahibə bacarıqları, yaradıcı düşüncə və innovativ yanaşmaların inkişaf etdirilməsi istiqamətində praktiki məşğələlər həyata keçirilib. Təlimlər interaktiv formatda, qrup işləri, simulyasiyalar və praktiki tapşırıqlarla müşayiət olunub.
Təşkil edilən təlimlərin əsas məqsədi gənclərin yalnız akademik biliklərlə deyil, eyni zamanda əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün zəruri olan yumşaq bacarıqlarının inkişaf etdirilməsi, onların karyera imkanlarına çıxışının genişləndirilməsi və əmək bazarına daha hazırlıqlı inteqrasiyasının təmin edilməsinə yönəlib.