Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü” təşkil olunub
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində abituriyentlər, şagirdlər və valideynlər üçün “Açıq qapı günü” keçirilib.
Tədbirin əsas məqsədi iştirakçıları müəssisənin tədris mühiti, ixtisas istiqamətləri, praktik imkanları və ümumi təhsil atmosferi ilə yaxından tanış etmək olub. Açıq qapı günü çərçivəsində qonaqlar təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanış olub, ixtisaslar barədə ətraflı məlumat əldə ediblər.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşları da iştirak ediblər. Fond nümayəndələri tərəfindən iştirakçılara təhsil tələbə kreditləri, müraciət qaydaları, kredit növləri və təqdim olunan dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb, onlara təhsil imkanları və maliyyə dəstəyi ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.