Təhsil Tələbə Krediti Fondunun yeni siması - Kredo
Təhsil hər bir gəncin gələcəyinə aparan ən mühüm yollardan biridir. Bu yolda təhsilalanların yanında olmaq, onların təhsil alma arzularını reallaşdırmasına kömək etmək və gələcəyə inamla addımlamalarına dəstək olmaq Təhsil Tələbə Krediti Fondunun əsas məqsədlərindəndir.
Bu missiyanı və Fondun fəaliyyət fəlsəfəsini əks etdirən sincab obrazı Təhsil Tələbə Krediti Fondunun maskotu üçün seçilib. Sincab çevikliyi, çalışqanlığı, məqsədyönlülüyü və gələcəyə hazırlığı ilə seçilir. O, daim hərəkətdədir, plan qurur və gələcək üçün çalışır.
Maskotun yaradılmasında əsas məqsəd tələbələrə daha da yaxın olmaq, təhsil tələbə kreditləri barədə məlumatlılığı artırmaq və təhsil tələbə kreditindən yararlanan hər bir təhsilalana təhsilin gələcəyə ən dəyərli yatırım olduğunu çatdırmaqdır.
Maskotun adı Kredo - “kredit” (təhsil tələbə krediti – etimad və etibar) və “dost” anlayışlarını özündə birləşdirərək, tələbələrin yanında olan, onlara yol göstərən və təhsil tələbə kreditləri barədə məlumatlandıran dost obrazını ifadə edən TTK bələdçisidir.
Kredo tələbələrə təhsil tələbə kreditləri ilə bağlı vacib məlumatları çatdıracaq, yeniliklər, qaydalar və şərtlərlə bağlı onları məlumatlandıracaq.