Təhsil Tələbə Krediti Fondu "Açıq Qapı" günündə iştirak edib
1 avqust 2026-cı il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Açıq Qapı" günü keçirilib.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunu Təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Ağamusa İsazadə təmsil edib. O, çıxışı zamanı iştirakçılara təhsil tələbə kreditinin sosial və standart növləri, kreditdən yararlanmaq üçün tələb olunan şərtlər, müraciət və rəsmiləşdirmə prosesi, geriödəmə qaydaları və tətbiq olunan güzəştlər, həmçinin 2026-2027-ci tədris ili üzrə müraciət qaydaları barədə ətraflı məlumat verib.
Bildirilib ki, peşə təhsili müəssisələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr də müvafiq şərtlərə uyğun olaraq təhsil tələbə kreditindən yararlana bilərlər.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, özəl sektorun, tərəfdaş müəssisə və təşkilatların nümayəndələri, həmçinin 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun birinci mərhələsində uğur qazanan şəxslər, valideynlər, məzunlar və media təmsilçiləri iştirak ediblər.