2026–2027-ci tədris ili üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərə müraciət!
Əziz gənclər!
Təhsil Tələbə Krediti Fondu adından sizi tələbə adını qazanmağınız münasibətilə təbrik edir, təhsil həyatınızda uğurlar arzulayırıq!
2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunanlar təhsil tələbə kreditindən yararlana bilərlər.
Tələbə adını qazanmış şəxslər ilk olaraq my.gov.az platforması vasitəsilə elektron razılıq ərizəsi üçün müraciət etməli və ərizəni təsdiqlətdikdən sonra e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə kreditinə müraciət edə bilərlər.
Təhsil tələbə kreditinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə həftənin iş günləri saat 09:00-dan 18:00-dək Fondun ofisində yardım masası fəaliyyət göstərir (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə). Fondun Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə müraciətlər operativ şəkildə cavablandırılır.
Çağrı mərkəzi: 146-5, (012) 599 12 02
WhatsApp: 077 317 88 52, 077 317 88 53
Qeydiyyat linki: e-ttkf.edu.az