Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri MDU-da görüş keçirib
Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov oktyabrın 27-də Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirib.
Görüş zamanı universitetin rektoru Anar Eminovla təhsil tələbə kreditlərinin rəsmiləşdirilməsi prosesi, tələbələrin kreditlərdən yararlanma imkanları və bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdən sonra MDU-nun tələbələri və pedaqoji heyəti üçün məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə B.Əzimov Fondun fəaliyyəti, təhsil tələbə kreditlərinin təhsilin əlçatanlığının artırılmasında rolu və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.
Sessiya zamanı sosial və standart təhsil tələbə kreditlərindən yararlanma şərtləri, müraciət və rəsmiləşdirmə mərhələləri, kreditlərin geri qaytarılması qaydaları, eləcə də akademik göstəricilərə əsasən tətbiq olunan güzəştlər izah edilib.
İnteraktiv formatda keçirilən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, müraciət prosedurları ilə bağlı praktiki izahlar verilib.