“Gələcəkdə Mən” layihəsinin növbəti görüşü keçiriləcək
Təhsil Tələbə Krediti Fondunun həyata keçirdiyi “Gələcəkdə Mən” layihəsi çərçivəsində növbəti görüş 12 noyabr 2026-cı il tarixində təşkil olunacaq.
Layihənin beşinci görüşünün qonağı televiziya və radio aparıcısı, influenser Nərmin Knyaz olacaq.
“Uğur, seçimlər və şəxsi təcrübələr” mövzusuna həsr olunacaq görüşdə uğur anlayışı, uğura aparan yol, düzgün seçimlərin insan həyatındakı rolu və qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Görüşün əsas məqsədi gənclərin motivasiyasını artırmaq, onların gələcək seçimlərinə fərqli baxış qazandırmaq və şəxsi inkişaflarına töhfə verməkdir.
Görüş haqqında:
Tarix: 12 noyabr 2026-cı il
Saat: 11:00
Spiker: Nərmin Knyaz
Mövzu: “Uğur, seçimlər və şəxsi təcrübələr”
Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müraciət et!