Təhsil Tələbə Krediti Fondu Naxçıvan Dövlət Universitetində maarifləndirici görüş keçirib
Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndə heyətinin iştirakı ilə Naxçıvan Dövlət Universitetində tələbələr üçün maarifləndirici görüş keçirilib.
Görüşdə TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun beşillik fəaliyyəti, əsas məqsədləri və əldə olunan nəticələr barədə məlumat verib. Təhsil tələbə kreditlərinin gənclərin təhsil imkanlarının genişləndirilməsində və təhsilə əlçatanlığın artırılmasında əhəmiyyətindən danışıb.
Bəhruz Əzimov sosial və standart təhsil tələbə kreditlərindən yararlanma şərtlərini, müraciət və rəsmiləşdirmə mərhələlərini, geriödəmə qaydalarını, eləcə də güzəşt və möhlət imkanlarını izah edib. Həmçinin məsuliyyətli borclanma və kredit tarixçəsinin formalaşması ilə bağlı tələbələri məlumatlandırıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cabbar Hüseynli isə çıxışında dövlət tərəfindən gənclərin təhsilinə göstərilən dəstəkdən bəhs edib. Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında Naxçıvan Dövlət Universiteti ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verərək tələbələri yaradılan imkanlardan səmərəli yararlanmağa çağırıb.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, təhsil tələbə kreditləri ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.