"Gələcəkdə Mən" layihəsinin növbəti spikeri ilə görüş keçirilib
Oktyabrın 30-da "Gələcəkdə Mən" layihəsi çərçivəsində növbəti görüş təşkil olunub. Layihənin sayca dördüncü spikeri Beyinix Marketinq Agentliyinin rəhbəri, təlimçi Orxan Şahbaz olub.
"Pul və yaradıcılıq" mövzusuna həsr olunan təlimdə pulun yalnız dəyər ölçüsü kimi deyil, həm də ideyaların reallaşdırılması və yeni imkanların yaradılması baxımından rolu müzakirə edilib.
Görüş zamanı tələbələrə gündəlik həyatda qazanılan təcrübənin, praktik fəaliyyətin və müşahidələrin yaradıcı düşüncənin inkişafına təsiri barədə məlumat verilib.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüb, gündəlik həyatdan nümunələr əsasında pul, dəyər və yaradıcılıq arasındakı əlaqə müzakirə olunub.