Təhsil Tələbə Krediti Fondu regionlarda təbliğat-təşviqat görüşlərini yekunlaşdırıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən tələbələrin təhsil tələbə kreditləri barədə məlumatlılığının artırılması məqsədilə regionlarda təbliğat-təşviqat xarakterli görüşlər başa çatdırılıb.
Görüşlər çərçivəsində Fondun əməkdaşları tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Zərdab və Gəncə şəhərlərində yerləşən ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələr və pedaqoji heyətlə məlumatlandırma görüşləri keçirilib.
Məlumatlandırma sessiyalarında Fondun fəaliyyəti, təhsil tələbə kreditlərinin şərtləri, müraciət və rəsmiləşdirmə qaydaları, kreditlərin geri ödənilməsi mexanizmi, eləcə də tələbələr üçün nəzərdə tutulan güzəşt imkanları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan sessiyalarda tələbələri maraqlandıran suallar cavablandırılıb, müraciət zamanı diqqət yetirilməli məqamlar izah edilib.