Təhsil Tələbə Krediti Fondunun Bakı üzrə təşviqat kampaniyası başlayıb
11–13 noyabr 2026-cı il tarixlərində Təhsil Tələbə Krediti Fondu tərəfindən Bakı şəhərində fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrində maarifləndirmə və təşviqat görüşlərinə start verilib.
Görüşlərin əsas məqsədi tələbələri Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti, təhsil tələbə kreditinin növləri, kreditdən yararlanma şərtləri, müraciət qaydaları və mövcud imkanlar barədə ətraflı məlumatlandırmaqdır.
Fondun bu istiqamətdə həyata keçirdiyi tədbirlər tələbələrin təhsil imkanlarının genişləndirilməsinə, maliyyə əlçatanlığının artırılmasına və təhsil tələbə krediti mexanizmi barədə məlumatlılığın gücləndirilməsinə xidmət edir.
İlk görüşlər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan İdman Akademiyası, eləcə də Odlar Yurdu Kolleci və Odlar Yurdu Universitetində keçirilib.
Maarifləndirmə və təşviqat görüşləri noyabr və dekabr ayları ərzində digər ali, orta ixtisas və peşə təhsili müəssisələrində də davam etdiriləcək.
Fondun nümayəndələri tərəfindən görüşlər zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, təhsil tələbə kreditindən yararlanmaq imkanları və müraciət prosesi ilə bağlı ətraflı izahat verilib.