“Gələcəkdə Mən” layihəsinin beşinci görüşü keçirilib
Təhsil Tələbə Krediti Fondunun “Gələcəkdə Mən” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Layihənin beşinci spikeri televiziya və radio aparıcısı, influenser Nərmin Knyaz olub.
“Uğur, seçimlər və şəxsi təcrübələr” mövzusuna həsr olunan görüşdə Nərmin Knyaz öz təcrübəsindən danışıb, bugünkü seçimlərin gələcək karyeraya necə təsir etdiyinə toxunub.
İnteraktiv müzakirə formatında keçirilən görüşdə iştirakçılar gələcəkdə özlərini harada gördükləri və məqsədlərinə çatmaq üçün bu gündən hansı addımları ata biləcəkləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə konkret məqsəd müəyyənləşdirməyin, ideyaları kiçik addımlarla həyata keçirməyin və bu yolda özünə inamın əhəmiyyəti vurğulanıb.