Təhsil Tələbə Krediti Fondu “Təhsildən Karyeraya” təcrübə proqramına start verib
Təhsil Tələbə Krediti Fondu və “Logos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşlığı çərçivəsində “Təhsildən Karyeraya” təcrübə proqramının açılışı keçirilib. Açılış çərçivəsində proqrama seçilmiş tələbələrlə görüş təşkil olunub.
Görüşdə “Logos” Psixoloji və Nitq Mərkəzinin Layihə rəhbəri Narmin Daşdəmirbəyli və Təhsil Tələbə Krediti Fondunun İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Fatimə Abdullayeva iştirak edərək tələbələrə proqramın məqsədi, təcrübənin təşkili və iştirakçılar qarşısında qoyulan gözləntilər barədə məlumat veriblər. Tələbələrin sualları cavablandırılıb, onların təcrübə müddətində məsuliyyətli və fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Proqrama psixologiya və psixoterapiya, sosial iş, layihələrin idarə olunması və digər əlaqəli sahələr üzrə təhsil alan tələbələr cəlb edilib. Təhsil tələbə kreditindən yararlanan tələbələr üç ay ərzində Mərkəzin filiallarında ödənişsiz təcrübə keçərək nəzəri biliklərini real iş mühitində tətbiq edəcək və praktiki bacarıqlarını inkişaf etdirəcəklər.
Təcrübə müddətində fəallığı, məsuliyyətli yanaşması və peşəkar inkişafı ilə fərqlənən iştirakçıların gələcəkdə Mərkəzdə işlə təmin olunması nəzərdə tutulur.