Təhsil Tələbə Krediti Fondu “İKT Karyera Sərgisi 2026”da təmsil olunub
20 noyabr 2026-cı il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “İKT Karyera Sərgisi 2026”da Təhsil Tələbə Krediti Fondu iştirak edib.
Tədbirin əsas məqsədi İKT sahəsində təhsil alan tələbə və məzunları sektorun aparıcı şirkətləri ilə bir araya gətirmək, onları mövcud vakansiya və təcrübə proqramları ilə tanış etmək, əmək bazarına inteqrasiyalarına dəstək olmaq və karyera imkanlarını genişləndirmək olub. Bu baxımdan sərgi gənclərin məşğulluq imkanları barədə məlumatlılığının artırılması və peşəkar inkişaflarının dəstəklənməsi üçün mühüm platforma rolunu oynayıb.
Sərgi çərçivəsində Fondun nümayəndələri tərəfindən təhsil tələbə kreditlərinin mexanizmi barədə iştirakçılara ətraflı məlumat verilib, gənclərlə birbaşa ünsiyyət zamanı onları maraqlandıran suallar cavablandırılıb.