Təhsil Tələbə Krediti Fondunda Milli Məclisin bir qrup millət vəkilləri ilə görüş keçirilib.
31 mart tarixində Təhsil Tələbə Krediti Fondunda Milli Məclisin bir qrup millət vəkilləri ilə görüş keçirilib.
Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev, millət vəkilləri Kamran Bayramov, Müşfiq Cəfərov, Vüqar İskəndərov , Pərvin Kərimzadə , Jalə Əliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Vüqar Bayramov, Cavid Osmanov və Nigar Arpadarai iştirak edib.
Görüşün gündəliyində Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetlər barədə təqdimat və müzakirələr, 2021-2022 tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil tələbə kreditlərinə dair hesabat və millət vəkilləri ilə Fondun müvafiq əməkdaşlıq formatının müəyyən edilməsi məsələləri yer almışdır. Fondun ümumi fəaliyyətinə dair millət vəkilləri tərəfindən bir sıra yeni təkliflər irəli sürüldü, Təhsil Tələbə Krediti üçün müraciət edən tələbələri ən çox maraqlandıran suallar müzakirə edildi, bölgələrdə fəaliyyət göstərən orta və ali təhsil müəssisələrində Fond haqqında maarifləndirmə işlərinin aparılması təklif olundu.
Fondun İdarə Heyətinin sədri tərəfindən millət vəkillərinin diqqətinə çatdırılıb ki, Payız semestrində 5600-dən çox tələbə təhsil tələbə krediti üçün müraciət edib, 3000-nə yaxın tələbəyə təhsil tələbə krediti ayrılıb, bunlardan 1116-sı sosial, 1783-ü standart təhsil tələbə krediti təşkil edir. Eyni zamanda ən çox təhsil tələbə krediti rəsmiləşdirilmələri üzrə iqtisadi regionlar, təhsil müəssisələri və ixtisaslar üzrə statistikaya baxıldı və əldə olunmuş nəticələr ətrafında fikir mübadiləsi aparıldı.
Görüşün gündəliyinə əsasən, millət vəkilləri və Fond arasında vətəndaşlar tərəfindən təhsil tələbə kreditlərinin alınmasına dair daxil olan müraciətlərin baxılması, emalı, operativ cavablandırılması ilə bağlı müvafiq əməkdaşlıq formatı müəyyən edilmişdir.