Milli Observatoriya ilə Təhsil Tələbə Krediti Fondunun nümayəndələri arasında görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Təhsil Tələbə Krediti Fondunun nümayəndələri arasında görüş keçirilib.
Görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Qeyd olunub ki, Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlillər aparır, proqnozlar hazırlayır.
Qurum peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində Nazirliyin təlim bazası qismində də iştirak edir.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun fəaliyyətindən bəhs edilib. Bildirilib ki, Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.
Fond ilə Milli Observatoriya arasında əmək bazarında çox tələb olunan ixtisasların müəyyən edilməsi, proqnozlaşdırılan ixtisaslar üzrə təlimlərin təşkili, təhsil tələbə kreditindən yararlanan tələbə valideynləri arasında sorğuların keçirilməsi və digər mövzularda əməkdaşlıq imkanları müzakirə edilib.