Təhsil Tələbə Krediti Fondunda təhsil ekspertləri və KİV nümayəndələri ilə brifinq keçirilib.
7 aprel tarixində təhsil ekspertləri Kamran Əsədov , Fərhad Pərvizi və Adil Veliyevin iştirakı ilə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, KİV nümayəndələri ilə brifinq keçirib.
Brifinqdə Fond tərəfindən 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat media nümayəndələrinə təqdim olunub. Qeyd olunub ki, payız semestri ərzində Fonda 3590 yekunlaşdırılmış müraciət daxil olub. Daxil olan müraciətlərdən 2899 tələbənin krediti rəsmiləşdirilib. Rəsmiləşdirilimiş kreditlərin 1116 sosial, 1783 isə standart kredit üzrə daxil olan müraciətlərdir. Ən çox təhsil krediti ayırılmış təhsil müəssisələri isə Azərbaycan Dövlət İqtisad Universiteti (229), Bakı Dövlət Universiteti (192) və Gəncə Dövlət Universiteti (170) olub.
Bununla yanaşı bildirilib ki, eyni ailənin iki və daha çox üzvünə ümumilikdə 195 təhsil tələbə krediti ayrılıb. Bunlardan 1 ailədə 3 tələbə, 96 ailədə isə hər birində 2 tələbə təşkil edir.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu tərəfindən mütəmadi olaraq KİV və təhsil müəssisələrinin nümayəndələri, ictimai və siyasi xadimlər, təhsil ekspertləri və digər maraqlı tərəflərlə görüşlər həyata keçirilir.