Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib.
Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun tələbələrlə görüşü keçirilib.
Ali təhsil müəssisəsində təşkil edilən görüşdə çıxış edən ali təhsil ocağının sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev qeyd edib ki, ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoyub, iqtisadi potensial inkişaf etdirilib, sosial-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilib, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılıb. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib, bu sahədə kompleks islahatlar həyata keçirib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu” yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.
Görüşdə çıxış edən universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən fondla bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən müddət ərzində ümumilikdə 364 tələbə kreditlə bağlı müraciət edib ki, bunun 101 nəfəri sosial, 181 nəfəri isə standart olmaqla 282 tələbənin krediti rəsmiləşdirilib, 9 tələbənin kreditinin rəsmiləşdirilməsi üçün müraciət edilib.
Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədi olmaqla yanaşı sosial və standart növləri mövcuddur.
Vurğulanıb ki, təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib.
Bəhruz Əzimov əlavə edib ki, krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir.
Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.