Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilib.

Görüşdə Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev, Naxçıvan Universitetinin Tədris və tərbiyə işləri üzrə ptorektoru dosent Nurlana Əliyeva, Tədris şöbəsinin müdiri Filologiya üzrə fəlsəfə dokturu Anar Abuzərli, Pedaqoji fakültənin dekanı İsmət Həsənov və tələbələr iştirak edib.
Görüşdən əvvəl Naxçıvan Universitetinin rektoru Anar Kazımov və digər rəhbər şəxslərlə universitetdə tələbələr üçün yaradılmış imkanlar, gələcəkdə nəzərdə tutulmuş layihələr, eləcə də təhsil tələbə kreditinin tələbələr üçün faydaları barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Tədris və tərbiyə işləri üzrə ptorektor dosent Nurlana Əliyeva çıxış edərək qonaqları salamlayıb və təhsil tələbə kreditinin faydalarından danışıb.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Tehranağa Abdullayev Fondun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verib. Tehranağa Abdullayev qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hər kəs üçün, xüsusilə də həssas əhali qrupundan olan tələbələr üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Görüşdə tələbələr və müəllimlərin sualları cavablandırılıb və səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.