TTKF tərəfindən BANM tələbələri üçün təhsil tələbə kreditləri üzrə maarifləndirici infosessiya keçirilib
Təhsil Tələbə Krediti Fondu (TTKF) Bakı Ali Neft Məktəbində (BANM) əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün maarifləndirici infosessiya keçirib.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı məlumatlandırma işinin təşkili, Fondun fəaliyyət prinsipləri, təhsil tələbə kreditlərinin verilməsi qaydaları və tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat təqdim etmək olub. Tədbir BANM-in rektoru Elmar Qasımovun giriş nitqi ilə açılıb. Rektor qonaqları və iştirakçıları salamlayaraq görüşün əhəmiyyətini qeyd edib, ödənişli əsaslarla təhsil alan tələbələr üçün təhsil tələbə kreditlərinin yaratdığı imkanlara toxunub.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun imkanları, fəaliyyət istiqamətləri və tələbələrə təqdim etdiyi dəstək mexanizmləri barədə geniş məlumat verib. Fondun Təhsil müəssisələri ilə iş şöbəsinin mütəxəssisi Kifayət Lələzadə isə təhsil tələbə kreditlərinə müraciət şərtləri, geri ödəniş prinsipləri haqqında təqdimatla çıxış edib.
Görüş interaktiv şəkildə təşkil edilib, iştirakçıların sualları cavablandırılıb.