Bakı Dövlət Universitetində növbəti Karyera Sərgisi keçirilib.
27 may 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə növbəti Karyera Sərgisi təşkil olunub. Ənənəvi olaraq hər il keçirilən bu tədbir, gənclərin iş dünyasına çıxış imkanlarını genişləndirmək və peşəkar inkişaflarını təşviq etmək məqsədi daşıyır.
Sərgidə ölkənin 100-dən çox aparıcı müəssisə və təşkilatı iştirak etmişdir. Tələbə və məzunlara 1200-dən çox vakansiya və 500-dək təcrübə proqramı təqdim olunaraq, onların işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına, əməkdaşlıq imkanlarını qiymətləndirməsinə və real təcrübələr qazanmasına şərait yaradılmışdır.
Sərginin açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, dosent Elçin Babayev bu cür tədbirlərin universitetin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını vurğulamışdır. Rektor qeyd etmişdir ki, tələbələr təkcə nəzəri biliklərlə kifayətlənməyib, eyni zamanda təcrübi bacarıqlarını da inkişaf etdirərək uğurlu karyera qurmaq üçün vacib zəmin yaradırlar. O, həmçinin universitetlə əməkdaşlıq edən şirkət və təşkilatlarla mövcud sıx əlaqələrin əhəmiyyətini də xüsusi olaraq qeyd etmişdir.
Tədbirin davamında Universitet rəhbərliyi və dəvət olunmuş qonaqlar dövlət qurumlarının və özəl şirkətlərin sərgi stendləri ilə tanış olub, əməkdaşlıq perspektivlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.
Tədbir çərçivəsində Təhsil Tələbə Krediti Fondu (TTKF) da fəal iştirak etmişdir. Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov rektor Elçin Babayevə Fondun fəaliyyət istiqamətləri, göstərilən xidmətlər, tələbələr üçün yaradılan maliyyə dəstəyi mexanimzləri və əldə olunan nəticələr barədə ətraflı məlumat vermişdir.
Eyni zamanda, təhsil tələbə kreditindən yararlanan və məzun olmuş tələbələrin əmək bazarına inteqrasiyası ilə bağlı Karyera Sərgisində iştirak edən işəgötürənlərlə əlaqələrin qurulması və potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılmışdır.
TTKF-nin stendi sərgi iştirakçıları arasında xüsusi maraq doğurmuşdur. Fondun əməkdaşları tərəfindən tələbələrə təhsil tələbə kreditləri, müraciət prosedurları və elektron portalın istifadə qaydaları barədə ətraflı məlumat verilmiş, həmçinin Fondun sosial layihələri və təhsilin əlçatanlığını təmin etmək məqsədilə həyata keçirdiyi fəaliyyətlər barədə geniş izahatlar təqdim olunmuşdur.