Tələbələrə sertifikatlar təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən "İrəliləyİş" layihəsi çərçivəsində Təhsil Tələbə Krediti Fondunda təcrübə keçmiş iştirakçılara sertifikatlar təqdim olunub. TTKF-nin sosial tərəfdaş kimi qoşulduğu layihə çərçivəsində Fonda 55 təcrübəçi cəlb olunub. Onlara “Əmək bazarının tələbləri”, “Düzgün CV/Rezyume hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Natiqlik və təqdimat bacarıqları”, “Şəxsi-brendinq”, “İstək və rəsmi e-məktubların yazılması”, “Tənqidi düşüncə və problemlərin yaradıcı həlli”, “Vaxtın idarə edilməsi”, “Liderlik və komanda işi”, “Ünsiyyət bacarıqları və böhran idarəetməsi” və s. mövzularda təlimlər keçirilib.
Qeyd edək ki, Layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir.
Layihə çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanmışdır.