TTKF nümayəndə heyəti İsveç Krallığında təcrübə mübadiləsində iştirak edib.
Təhsil Tələbə Krediti Fondu (TTKF) təhsil tələbə krediti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və onların yerli modelə tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə 2025-ci il 3-6 dekabr tarixlərində Fondun nümayəndə heyəti İsveç Krallığında işgüzar səfərdə olub.
Səfər İsveçdə təhsil tələbə kreditləri sahəsində fəaliyyət göstərən Swedish Board of Student Finance (CSN) təşkilatının dəvəti ilə həyata keçirilib. Nümayəndə heyəti CSN-in idarəetmə modeli, tələbə kreditlərinin verilməsi və geri qaytarılması mexanizmləri, risklərin idarə olunması, eləcə də tələbələr üçün mövcud maliyyə dəstəyi barədə ətraflı məlumat əldə edib.
Görüşlərdə CSN-in baş direktoru Kristina Henrizonun rəhbərliyi ilə İsveçdə tələbə kreditlərinin struktur və hüquqi çərçivəsi, kredit və qrantların idarə edilməsinin praktik aspektləri, zəmanət və girov tətbiqi zamanı ödəniş mexanizmləri, rəqəmsal alətlərin tətbiqi və əlçatanlığın artırılması üzrə geniş təqdimatlar keçirilib.
Görüşlər zamanı kredit proseslərinin rəqəmsallaşdırılması, sosial həssas qruplar üçün xüsusi maliyyələşdirmə mexanizmləri və tələbələrin təhsilə çıxış imkanları geniş aspektdə müzakirə olunub.
Səfər çərçivəsində Fondun nümayəndə heyəti həmçinin Swedish Institute ilə görüş keçirib. Tərəflər qarşılıqlı fəaliyyət sahələri, xarici tələbələrin qrant əsaslı maliyyələşdirilməsi, təqaüd proqramları və universitetlərdə tələbə dəstək sistemləri barədə fikir mübadiləsi aparıblar. Swedish Institute ölkənin beynəlxalq əməkdaşlıq, təhsil və mədəniyyət sahəsində tanıdılmasına xidmət etdiyini, TTKF isə öz fəaliyyət mexanizmlərini geniş təqdimatla təqdim edib.
İşgüzar səfər Fondun fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbəyönümlü kredit mexanizmlərinin təkmilləşdirilməsi və təhsil tələbə kreditlərinin əlçatanlıq dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.