Karyera və İşə Hazırlıq Mərkəzi ilə Memorandum imzalanıb.
16 iyul tarixində Təhsil Tələbə Krediti Fondu ilə Karyera və İşə Hazırlıq Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
TTKF-nin İdarə heyəti sədrinin müavini Bəhruz Əzimov Fond tərəfindən görülən işlər barədə məlumat verib. Bildirilib ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Fonda təxminən 47 min müraciət daxil olmuş, 37 mindən çox təhsil tələbə krediti müqaviləsi imzalanmışdır. Daha çox şəxsin təhsil tələbə kreditindən yararlanması üçün geniş potensialın olduğu, bu məqsədlə aparılan təbliğat və təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin vurğulanıb ki, dövlətin TTKF vasitəsilə yaratdığı imkandan yararlanmış şəxslərin təhsillərini başa vurduqdan sonra əmək bazarında özlərinə layiqli yer tapması və daimi işlə təmin olunmaları üçün Fond tərəfindən daimi iş aparılır, dövlət və özəl sektorun təmsilçiləri ilə əməkdaşlıqlar qurulur. B.Əzimov Karyera və İşə Hazırlıq Mərkəzi ilə qurulan əməkdaşlığın da məzunların məşğulluq imkanlarının artırılmasına töhfə verəcəyinə inandığını vurğulayıb.
İmzalanma mərasimində çıxış edən Karyera və İşə Hazırlıq Mərkəzinin direktoru Şahin Sərdarlı Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi Mərkəzin tələbə və məzunlar üçün real iş mühitində təcrübə təşkil etdiyini, onların iş müsahibələrinə hazırlığını həyata keçirdiyini, tələbə-gənclərin fərdi inkişafına, təcrübəli mütəxəssis kimi formalaşmasına dəstək olduğunu, həmçinin yumşaq bacarıqlarının inkişaf etdirilməsi və digər sahələr üzrə ixtisaslaşdığını bildirmişdir. Qeyd edilmişdir ki, fəaliyyət göstərdikləri 3 il ərzində 1100-dən çox şəxs işlə təmin olunmuş və daha çox şəxsin işlə təmin olunmasına dəstək olmaq üçün 100-dən çox dövlət və özəl müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Ş.Sərdarlı TTK-dan yararlanmış şəxslərin Mərkəzdə keçirilən təlimlərə və digər layihələrə xüsusi güzəştlərlə cəlb olunacağını, bu xüsusda atılacaq addımların məzunların karyera qurmasına dəstək olacağına əminliyini ifadə etmişdir.
Qeyd edək ki, qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.