Naxçıvan Muxtar Respublikasında tələbələrlə görüş keçirilib.
7 aprel 2025-ci il tarixində Naxçıvan şəhərində Təhsil Tələbə Krediti Fondunun rəhbərliyi və əməkdaşlarının Naxçıvan Muxtar Respublikasında yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri ilə görüşləri keçirilib.
Fondun İdarə heyətinin sədri Bəhruz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində Naxçıvan Dövlət Univeristeti (NDU), Naxçıvan Müəllimlər İnstitutu, NDU nəzdində Naxçıvan Tibb Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecində təhsilalanlarla görüş keçirilib.
NDU-da keçirilən görüşdə çıxış edən rektor Elbrus İsayev son illərdə ölkəmizdə təhsil sahəsində keçirilən islahatlar haqqında danışıb. O qeyd edib ki, təhsilə dövlət qayğısının bariz nümunəsi olan Fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində minlərlə gəncə təhsil almaqda köməklik göstərilib.
Daha sonra Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov çıxış edərək Fondun fəaliyyəti, təhsil tələbə kreditlərinin növləri, müraciət qaydaları və geri ödəniş şərtləri haqqında ətraflı məlumat verib. O bildirib ki, Fonda məxsus elektron portala 60 mindən çox müraciət daxil olub, 53 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının baş məsləhətçisi Cabbar Hüseynli təhsil sahəsində innovativ islahatların davamlı şəkildə tətbiqini diqqətə çatdırıb, tələbələri dövlətin yaratdığı bu imkanlardan yararlanmağa çağırıb. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Səfərin ilk günündə növbəti görüş Naxçıvan Müəllimlər İnstitutunda baş tutub. İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov qeyd edib ki, gənclərə təhsil almaqları üçün dövlət tərəfindən daim dəstək göstərilir. Bunun ən bariz nümunəsi də Təhsil Tələbə Krediti Fondudur. Fondun İdarə Heyətinin sədr müavini Rüfət Tağızadə son illərdə əldə olunan nəticələr haqqında danışaraq qeyd edib ki, Naxçıvan Müəllimlər İnsitutunda təhsil alan yüzlərlə tələbə Fondun vəsaitləri hesabına təhsil haqlarının ödənilməsinə nail olmuşdur. Ardınca Fondun şöbə müdiri Ayaz Mustafayev təhsil tələbə kreditlərinə müraciət qaydaları, kreditlərin növləri, tətbiq olunan güzəştlər, geri ödəniş şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablayıb.
NDU nəzdində Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kollecində keçirilmiş görüşlərdə Fondun əməkdaşları Məhəmmədəli Abdin və Əli Rzayev tərəfindən tələbələrə Fondun fəaliyyəti, təhsil tələbə kreditlərinin növləri, tətbiq olunan güzəştlər, geri ödəniş qaydaları və s. haqqında ətraflı məlumat verilib, görüş iştirakçılarının sualları cavablandırılıb.
Görüşlərdə ümumilikdə 500-dən çox tələbə iştirak edib. Fondun Naxçıvan şəhərində təbliğat-təşviqat işləri davam edir.