Təhsil Tələbə Krediti Fondu şagirdlərlə görüşlərini davam etdirir.
Bu gün Bakının Nizami rayonunda yerləşən 10, 12, 32, 70 və 229 nömrəli tam orta məktəblərdə 9-11-ci siniflər üçün məlumatlandırıcı görüşlər keçirilib. Görüşlərdə Təhsil Tələbə Krediti Fondunun nümayəndələri iştirak edərək, şagirdlərə təhsil tələbə kreditlərinin növləri, müraciət qaydaları və ödəniş şərtləri barədə geniş məlumat veriblər. Həmçinin, güzəştli şərtlərlə təhsil alma imkanları xüsusi vurğulanıb.
Qeyd edilib ki, təhsil tələbə kreditləri ödənişli əsaslarla təhsil alan gənclər üçün nəzərdə tutulmuş mühüm maliyyə dəstəyidir. Bu kreditlər ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, eləcə də orta ixtisas və peşə təhsili sahəsində təhsil alan tələbələrə maddi dəstək göstərmək məqsədini daşıyır. Kreditlər yalnız əyani təhsil formasında, normativ təhsil müddətində olan tələbələr üçün nəzərdə tutulub və onların maliyyə yükünü azaltmağa kömək edir.
Görüşlər zamanı şagirdlərə kredit müraciət prosesinin asanlığı və bu imkanın onlara necə dəstək ola biləcəyi barədə ətraflı izah verilib. Məqsəd, heç bir maddi çətinliyin gənclərin təhsil almasına mane olmaması və onların gələcək karyeralarına daha inamlı başlamaları üçün lazımi dəstəyi göstərməkdir.
Sonda şagirdlərin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib, TTKF-ə məxsus bukletlər paylanılıb.
Qeyd edək ki, belə görüşlər gənclərin maariflənməsinə və təhsil tələbə kreditlərindən faydalanmalarına şərait yaratmaq məqsədi daşıyır.