Təhsil Tələbə Krediti Fondu tərəfindən məlumatlandırma və peşəkar bacarıqların inkişafına dair təlim keçirilib
Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. 12-15 noyabr 2025-ci il tarixlərini əhatə edən proqramda ali, orta ixtisas və peşə təhsili müəssisələrinin e-ttkf.edu.az portalı üzrə təyin olunmuş 108 nəfər məsul şəxs iştirak edib.
Təlimin əsas məqsədi portalın funksionallığının izahı, istifadə zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması, məsul şəxslərin nəzəri və praktiki hazırlığının gücləndirilməsi və sistemdən daha effektiv istifadə bacarıqlarının artırılması olub.
Dörd gün davam edən tədbir interaktiv formatda təşkil olunub, iştirakçıların praktiki sualları cavablandırılıb.
Tədbirin açılışında Fondun İdarə Heyəti sədrinin müavini Rüfət Tağızadə çıxış edərək iştirakçıları salamlayıb və Fondun 4 illik fəaliyyəti, həyata keçirilən layihələr, tələbələr üçün yaradılan imkanlar və kredit mexanizminin əhatə dairəsi barədə geniş məlumat verib.
Sistem üzrə təqdimat və məlumatlandırma sessiyalarını Fondun informasiya texnologiyaları üzrə mütəxəssisi Ağamusa İsazadə aparıb. O, məsul şəxslərə portaldan istifadə qaydaları, müraciətlərin qeydiyyatı və idarə edilməsi, emal prosesində nəzərə alınmalı tələblər, eləcə də texniki problemlərin operativ həlli üsulları barədə ətraflı məlumat təqdim edib.
TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Fatimə Abdullayeva tədbir iştirakçılarına qeydiyyat prosesinin səmərəliliyinin artırılması, ÜOMG-lərin (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) sistemə çevik və düzgün şəkildə daxil edilməsi, məlumatların dəqiqliyinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Fondun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova isə qeyd edib ki, təhsil tələbə kreditlərindən yararlanmış uğurlu tələbələrin üzə çıxarılması, onların təhsil və karyera inkişafına dair uğur hekayələrinin hazırlanması və ictimaiyyətə təqdim edilməsi həm kredit mexanizminin şəffaf şəkildə tanıdılmasına, həm də digər gənclərin maarifləndirilməsinə mühüm töhfə verir.
Tədbirin sonunda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub. Bildirilib ki, gələcəkdə də təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və portal üzrə iş bacarıqlarının artırılması məqsədilə bu kimi görüşlərin mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.