Tələbə-Məzun Forumu və Karyera Sərgisi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi çərçivəsində 3-4 dekabr 2024-cü il tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera Sərgisi keçirilib.
Sərgidə Təhsil Tələbə Krediti Fondu da təmsil olunub. Tədbir iştirakçılarına və Sərgini ziyarət edən qonaqlara TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
TTKF-dən yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparıldığı da ziyarətçilərin diqqətinə çatdırılıb.