Slovakiya Respublikasının Təhsil, Araşdırma, İnkişaf və Gənclər Nazirliyində görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyətinin Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin Təhsil, Araşdırma, İnkişaf və Gənclər Nazirliyində görüş keçirilib.
Fondun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov TTKF haqqında məlumat verib. Qeyd edib ki, ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. T.Xələfov 3 il ərzində əldə olunmuş nəticələr və gələcək planlar barədə məlumat verib, Fond tərəfindən davamlı olaraq beynəlxalq təcrübənin araşdırıldığını və təhlillər aparıldığını diqqətə çatdırıb.
Slovakiya Respublikasının Təhsil, Araşdırma, İnkişaf və Gənclər Nazirliyinin Ali təhsil bölməsi üzrə baş məsləhətçiləri Monika Asamoto və Denis Nedelka Slovakiyanın təhsil sistemi, tələbələr üçün mövcud təqaüd proqramları, son illərdə bu sahədə aparılan islahatlar barədə məlumat veriblər. Nazirlik rəsmiləri Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini və tələbələr üçün dövlət qayğısını yüksək qiymətləndirərək, bu sahədə Azərbaycanın təcrübəsinin öyrənilməsi və öz ölkələrində tətbiqi baxımından bu cür səfərlərin mühüm imkan olduğunu xüsusi qeyd ediblər.
Qeyd olunub ki, Slovakiya Respublikası tərəfindən xarici tələbələrin burada təhsil almalarını təşviq etmək üçün müxtəlif layihələr həyata keçirilir. Gələcəkdə Azərbaycandan da tələbələrin Slovakiyada yerləşən Universitetlərdə təhsil almalarında maraqlı olduqları diqqətə çatdırılıb.