Təhsil Tələbə Krediti Fondunun Bakı üzrə təşviqat kampaniyasını davam etdirir
Təhsil Tələbə Krediti Fondu (TTKF) 16-20 noyabr 2026-cı il tarixlərində ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələrlə təbliğat-təşviqat görüşlərini davam etdirir.
Görüşlər zamanı Fondun nümayəndələri tərəfindən tələbələrə sosial və standart təhsil tələbə kreditlərinin şərtləri, müraciət və rəsmiləşdirmə qaydaları, kreditlərin geri ödənilməsi müddətləri, eləcə də akademik göstəricilərə əsasən tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Həftə ərzində keçirilən görüşlərdən biri çərçivəsində TTKF ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlıq əsasında ilk dəfə tələbələr üçün maliyyə savadlılığı mövzusunda məlumatlandırma sessiyası təşkil olunub.
Təşəbbüsün əsas məqsədi tələbələrin maliyyə biliklərinin artırılması, maliyyə qərarları qəbul edərkən düzgün yanaşmaların formalaşdırılması və kredit münasibətlərində məsuliyyətli davranışın təşviq edilməsidir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və onun nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində keçirilən sessiyada Mərkəzi Bankın nümayəndələri məsuliyyətli borclanma və kredit tarixçəsi, kredit kalkulyatorundan istifadə, inflyasiya və pulun zaman dəyəri mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimat zamanı tələbələrə şəxsi maliyyənin idarə olunması, kredit öhdəliklərinin düzgün qiymətləndirilməsi və maliyyə qərarlarının uzunmüddətli təsirləri barədə məlumat verilib.