Təhsil Tələbə Krediti Fondu əmək yarmarkasında təmsil olunub
24 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib. Tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə təşkil olunan tədbirdə 100 işəgötürən tərəfindən 800-dən çox vakansiya təqdim edilib.
Aktiv məşğulluq tədbirində Təhsil Tələbə Krediti Fondu (TTKF) da stendi ilə iştirak edib. Tədbir çərçivəsində Fondun əməkdaşları stendə yaxınlaşan iştirakçılara təhsil tələbə kreditləri, müraciət prosedurları və Fondun fəaliyyəti barədə ətraflı məlumat veriblər.
TTKF-nin stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Gələcək ixtisas sahibləri burada yalnız maliyyə dəstəyi mexanizmləri ilə deyil, həm də Fondun təhsilin əlçatanlığını təmin etmək məqsədilə həyata keçirdiyi sosial layihələr barədə məlumat əldə ediblər.