Tələbələr üçün “İş müsahibəsinə hazırlıq və işə qəbul simulyasiyası” təlimi keçirilib
21 və 23 aprel tarixlərində Təhsil Tələbə Krediti Fondu, Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzi, Bakı Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə təhsil tələbə kreditlərindən yararlanan tələbələr üçün “Yumşaq bacarıqlar və əmək bazarına hazırlıq” proqramı çərçivəsində “İş müsahibəsinə hazırlıq və işə qəbul simulyasiyası” mövzusunda təlimlər keçirilib.
Təlimlərin əsas məqsədi tələbələrin müasir əmək bazarına uyğunlaşmasını dəstəkləmək, onlarda tələb olunan əsas bacarıqları formalaşdırmaq və müsahibə prosesinə hazırlıq səviyyəsini artırmaq olub. Sessiyalar zamanı iştirakçılara özünü effektiv təqdim etmə, peşəkar CV hazırlanması, müsahibə üsulları və işəgötürənlərin gözləntiləri barədə ətraflı məlumat verilib.
Proqramın interaktiv hissəsi tələbələrin fəal iştirakını təmin edib və onları praktiki fəaliyyətə cəlb edib. Müxtəlif tapşırıqlar vasitəsilə iştirakçılar real iş mühitinə yaxın təcrübə qazanıb, nəzəri biliklərini təcrübi şəkildə tətbiq etmək imkanı əldə ediblər. Bu yanaşma onların problem həll etmə və qərarvermə bacarıqlarının inkişafına müsbət təsir göstərib.
Təlimdə fəallıq nümayiş etdirən iştirakçılara proqramın sonunda təşəkkürnamələr təqdim olunub. Təlim xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.