Təhsil Tələbə Krediti Fondu tərəfindən keçirilən təlimlər böyük marağa səbəb oldu!
1 avqust 2024-cü il tarixində Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə "Düzgün işi tapmaq", "LinkedIn platforması", və "Java" mövzularında təlimlər keçirildi. Bu tədbir, tələbələrə və gənc mütəxəssislərə işə qəbul və peşəkar inkişaf sahəsindəki ən son bilikləri əldə etmək üçün dəyərli imkanlar təqdim etdi.
Təlimlərdə “Düzgün işi tapmaq” və “LinkedIn platforması” mövzularını Competo MMC-nin İşə Qəbul və İşəgötürən Brendinin İnkişafı Bölməsinin rəhbəri Camaləddin Rzayev və Daxili Kommunikasiya və İşəgötürən Brendinin İnkişafı üzrə Mütəxəssis Rəşad İmanov təqdim etdilər. Təlim zamanı iş axtarışı prosesində effektiv metodlar və LinkedIn platformasından səmərəli istifadə barədə geniş məlumat verildi. İştirakçılar, mütəxəssislərin praktiki tövsiyələrindən və təcrübələrindən faydalanaraq, öz karyera yollarını daha uğurlu planlamaq üçün zəruri biliklər əldə etdilər.
Eyni zamanda, Compar Academy-nin Java təlimçisi Babək Bəylərli tərəfindən keçirilən "Java" təlimi də iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Bu təlimdə Java proqramlaşdırma dilinin əsasları öyrədildi və iştirakçılara praktiki tətbiq sahələri haqqında geniş məlumat verildi. Təlim iştirakçılarının sualları cavablandırıldı və proqramlaşdırma sahəsindəki yeniliklər müzakirə olundu.
Təhsil Tələbə Krediti Fondu olaraq, gənclərin peşəkar bacarıqlarının inkişafı və əmək bazarına uğurlu inteqrasiyası üçün bu cür təlimlərin davamlı olaraq təşkil olunacağını bəyan edirik. İştirakçılar arasında böyük maraq doğuran bu təlimlər, gənclərin gələcək karyeralarında müvəffəqiyyət qazanmalarına dəstək vermək məqsədini daşıyır.