İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzi və “Holcim Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə ölkə üzrə növbəti dəfə “Usta Mənəm” peşə bacarıqları müsabiqəsinə start verilib.
İkinci dəfə keçirilən “Usta Mənəm” müsabiqəsi respublikanın 15 şəhər və rayonunu əhatə edərək, müxtəlif ixtisaslar üzrə peşə sahiblərinə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradıb.
Müsabiqənin əsas məqsədi gənclərin peşə təhsilinə marağını artırmaq, onların praktiki bacarıqlarını inkişaf etdirmək və əmək bazarının müasir tələblərinə cavab verən kadrların önə çıxarılmasına şərait yaratmaqdır.
05 iyun 2025-ci il tarixində müsabiqə Sumqayıt şəhərində də təşkil olunub. Tədbir çərçivəsində TTKF-nin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ayaz Mustafayev iştirak edib. O, çıxışında bu cür müsabiqələrin peşə təhsilinə marağın artmasına və onun inkişafına mühüm töhfə verdiyini qeyd edib.