Yardım masası fəaliyyətə başlayıb
Təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslərə operativ dəstəyin göstərilməsi məqsədilə bu gündən etibarən yardım masası fəaliyyətə başlayıb.
2026-2027-ci tədris ili üzrə magistratura təhsil səviyyəsinə qəbul olunan və 3–12 avqust tarixlərində my.gov.az platforması üzərindən elektron qaydada təhsil qeydiyyatını tamamlayan tələbələr paralel olaraq Təhsil Tələbə Krediti Fondunun e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti (TTK) üçün müraciət edə bilərlər.
TTK müraciəti zamanı hər hansı çətinliklə üzləşən şəxslər hər iş günü saat 09:00–18:00 aralığında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən Təhsil Tələbə Krediti Fondunun ofisinə yaxınlaşaraq Fondun əməkdaşlarından operativ dəstək ala bilərlər.
Bununla yanaşı, müraciətlərlə bağlı suallar 146-5 Çağrı Mərkəzi, (012) 599 12 02 əlaqə nömrəsi, eləcə də 077 317 88 52 və 077 317 88 53 nömrələri (WhatsApp) vasitəsilə cavablandırılır.