50000-ci TTK müqaviləsi
“Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”- Ümummilli lider Heydər Əliyev.
Hər zaman priroritet məsələ kimi dövlətin gənclər siyasəti Ulu Öndərin daim nəzarətində olmuş, gənclik və gələcəyə yönəlmiş hər bir addımda gənclərə göstərilən qayğı, diqqət və dəstək Azərbaycan gəncliyində böyük inam hissi formalaşdırmışdır. Bu gün cəmiyyətin əsas qüvvəsi olan gənclik və bu qüvvənin hər keçən gün daha çox inkişaf etdirilməsində birbaşa dəstəkçisi olan möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.
Azərbaycan gəncləri hər zaman böyük ümidlərlə, zəngin gələcək arzusuyla doludur və hər bir məqsədyönlü arzunun reallaşması cəmiyyətin inkişafında müsbət təsir göstəricisi kimi nəticə verir. Lakin bəzən elə məqamlar olur ki, təhsil almaq istəyən gəncin önündə təhsil haqqının yüksək olması, maddi çətinliklər və digər maneələr gənclərin təhsil almağa olan istəyini bəzən kölgələyir. Bu çətinlikləri aradan qaldırmaq və təhsili hər kəs üçün əlçatan etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondu artıq 4-cü ildir ki, fəaliyyət göstərir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Fond Azərbaycanda əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqı ödənişi üçün maliyyə dəstəyi təmin edir və əsas prinsipi ölkə gənclərinə öz gələcək karyeralarını qurmaq üçün təhsil almaq imkanını verməklə yanaşı, ölkənin sosial-iqtisadi inkişafına da töhfə vermək məqsədini güdür.
Ölkəmizin gənclərinə yeni bir ümid işığı olan Təhsil Tələbə Krediti Fondu bu gün artıq 50 000-ci təhsil tələbə krediti müqaviləsini rəsmiləşdirmişdir və bu xoş təsadüf Azərbaycan Dövlət Pedaqoji Universitetinin (Şamaxı filialı) Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü təhsil ilinin tələbəsi Pənahova Ləman Mehdi qızının payına düşmüşdür.
TTKF sadəcə bir maliyyə dəstəyi deyil, eyni zamanda minlərlə gəncin arzularına qovuşmasının simvoludur. Hər bir tələbə, təhsil tələbə krediti sayəsində təhsil haqqını ödəməkdə çətinlik çəkmədən öz təhsilinə davam edə bilir və gələcəyini qurmaq üçün önəmli bir addım atır. Məsələn, təhsil kreditləri üzrə 50 000-ci müqaviləni rəsmiləşdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təhsil alan tələbəsi Pənahova Ləman, müəllim olmaq arzusu ilə universitetə daxil olmuş, lakin maliyyə çətinlikləri səbəbindən təhsilini davam etdirməkdə çətinlik çəkirdi. TTKF-nin dəstəyi ilə o, artıq məzun olmağa hazırlaşır və gələcəkdə öz biliklərini yeni nəsillə bölüşmək niyyətindədir. Bu kimi nümunələr, Fondun nə qədər böyük təsir gücünə malik olduğunu göstərir. Bu gün biz Fond olaraq, minlərlə tələbənin həyatına toxunmuşuq. Hər toxunuş özü bir uğur hekayəsidir. Təhsil yolunda keçdikləri bu yolu bizimlə bölüşən gənclərin uğur hekayələri, onların arzularına aparan bu dəstəyin nə qədər vacib olduğunu bir daha sübut edir. Hər bir tələbənin özünəməxsus hekayəsi, qarşılaşdığı çətinliklər və onları dəf edərək qazandıqları uğurlar var.
Təhsil tələbə krediti müqavilələrinin rəsmiləşdirilməsi, yalnız tələbələr üçün deyil, həm də onların ailələri üçün bir qurtuluş nöqtəsi olmuşdur. Belə ki, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr, artıq bu imkandan faydalanaraq təhsil almağa davam edə bilirlər.
50 000-ci təhsil tələbə krediti rəsmiləşdirilməsi yalnız cari nailiyyət deyil, həm də gələcək üçün böyük bir ümid deməkdir. Fondun tələb olunan şərtlər çərçivəsində yaratmış olduğu imkanlardan faydalanan gənclər bu kreditlər sayəsində nəinki təhsil almaq imkanı əldə edir, hətta gələcək həyatlarına investisiya yatırmış olurlar.
Təhsil almaq hər bir gəncin haqqıdır və bu gün Təhsil Tələbə Krediti Fondu, bu haqqı təmin etmək yolunda mühüm addımlar ataraq, hər bir tələbəyə bərabər imkanlar yaratmağa çalışır. Fond yarandığı gündən bugünkü günə qədər Fonda məxsus elektron sistemə 64 mindən çox tələbə müraciəti daxil olmuş, bunlardan 50 mindən bir qədər çox müraciətə müsbət cavab verilmiş və təhsil tələbə krediti rəsmiləşdirilmişdir. Faiz göstəricisi ilə qeyd etsək, müraciət edənlərin 78%-i TTK ilə təmin olunmuşdur. Bununla da Fond, minlərlə tələbə üçün təhsili daha da əlçatan etməyə, təhsilin əhatə dairəsini genişləndirməyə və təhsil almaqda bərabər imkanlar yaratmağa nail olmuşdur. Qeyd edək ki, 2024-2025-ci təqvim ilinin hədəf prioriteti ilin sonuna qədər 60 000-dir. Hədəfə çatmaqda, daha çox gəncin təhsil almaq arzusunun gerçəkləşməsindəki yol yaxındır. Məhz bu göstəricilərə intensiv şəkildə çatan Təhsil Tələbə Krediti Fondu yalnız bu günün deyil, həm də sabahın uğurlu, bilikli və güclü liderlərini yetişdirmək üçün fəaliyyət göstərir.
Hər yeni rəqəm, hər yeni tələbə bu yolun nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. İnanırıq ki, təhsilə verilən dövlət dəstəyi, sabahımızın daha parlaq və bilikli gənclərlə dolu olmasına xidmət edəcək!
Bu gün Fond hər bir gəncin, hər bir tələbə adını alan təhsilalanın arzularına bir addım daha yaxınlaşmasına yaratdığı imkandan qürur duyur!
Dərin hörmətlə,
Bəhruz Əzimov
TTKF İdarə Heyətinin sədri