Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən təhsil tələbə kreditləri barədə maarifləndirmə tədbiri.
23 sentyabr tarixində Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov, Fondun əməkdaşları Ağca Məmmədova və Emin Şeydayev Xaçmaz rayonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən TTKF-nin marifləndirmə tədbirində iştirak ediblər.
Sədr müavini tədbir iştirakçılarına Fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verib. Daha sonra Fondun əməkdaşı Ağca Məmmədova təhsil tələbə kreditlərinin verilməsi qaydalarını tədbir iştirakçılarına çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.
Tədbirdə Quba-Xaçmaz RTİ-nin müdiri Rüfət Hacıyev, Tədrisin keyfiyyəti sektorunun müdir əvəzi Qələmşah Dostuyev, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdləri iştirak ediblər.
Tədbirin yüksək səviyyədə təşkili üçün Regional Təhsil İdarəsinin müdirinə dərin təşəkkürümüzü bildiririk.