Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri.
Təhsil Tələbə Krediti Fondunun təbliğat-təşviqat məqsədli regional görüşləri davam edir. Növbəti görüş Biləsuvar rayonunda keçirilmişdir.
TTKF-nin sədr müavini Bəhruz Əzimov və Fondun məsul əməkdaşları Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak ediblər. İlk öncə ümumilli lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət olunub, önünə çiçək dəstələri qoyulub. Sədr müavini tədbir iştirakçılarına Fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb və təklifləri dinlənilib.
Tədbirdə Şirvan-Salyan RTİ-nin müdir muavini Rövşən Allahverdiyev, Biləsuvar Rayon İcra Hakiminin muavini Ləman Yüzbaşova, Şirvan-Salyan RTİ-yə daxil olan bölgələr üzrə təhsil idarələrinin rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdləri iştirak ediblər.
Tədbirin yüksək səviyyədə təşkili üçün Regional Təhsil İdarəsinin müdirinə və Biləsuvar Rayon İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk.