Təchizat üzrə mütəxəssis
"GESCO" ASC "Təchizat üzrə mütəxəssis" vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma prosedurlarına uyğun olaraq mal, iş və xidmətlərin satınalma proseslərini (Tender, RFQ, RFI, RFP və s.) planlaşdırmaq, təşkil etmək və idarə etmək;
Daxil olan satınalma tələbnamələrini (PR) texniki spesifikasiyalar və sənədlərin tamlığı baxımından yoxlamaq, uyğun satınalma metodunu müəyyən etmək;
Təchizatçı araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək və qiymətləndirmək, etibarlı təchizatçı bazası formalaşdırmaq;
Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər meyarlar üzrə müqayisəli təhlillər hazırlamaq və danışıqlar aparmaq;
Purchase Order (PO), satınalma müqavilələri və digər sənədləri hazırlamaq, onların razılaşdırılmasını təşkil etmək və ERP sistemində satınalma proseslərini idarə etmək;
Sifarişlərin icrasına nəzarət etmək, logistika və çatdırılma proseslərini koordinasiya etmək, malların vaxtında və tələblərə uyğun təhvil verilməsini təmin etmək;
Fakturaları, qaimələri, material sertifikatlarını və digər satınalma sənədlərini yoxlamaq, arxivləşdirmək və maliyyə şöbəsi ilə ödəniş proseslərini koordinasiya etmək;
Bazar qiymətlərini, təchizat risklərini və bazar trendlərini izləmək, alternativ məhsullar, təchizat mənbələri və qənaət imkanları barədə təkliflər vermək;
Gecikmiş çatdırılmaları, keyfiyyət uyğunsuzluqlarını və təchizatçılarla yaranan mübahisələri operativ həll etmək və şirkətin maraqlarını qorumaq;
Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, satınalma məlumatlarının sistemli uçotunu və arxivləşdirilməsini təmin etmək.
Namizədə dair tələblər:
İqtisadiyyat, Təchizat və ya Maliyyə sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
İngilis dili — B1–B2 səviyyəsində;
MS Office — əla səviyyədə;
1C proqramını bilmək;
CIPS sertifikatının olması arzuolunandır;
Daxili və xarici satınalma prosesləri üzrə biliklər;
Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Operativ qərarvermə və analitik düşünmə qabiliyyəti;
Komanda ilə işləmək bacarığı.
Əlavə məlumat:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
İş rejimi: I–V günlər, 09:00–18:00;
Nahar fasiləsi: 13:00–14:00;
Əmək haqqı: 1700 AZN NET;
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi.
Müraciət üçün: