Təhsil Tələbə Krediti Fondunun tələbələr üçün elan etdiyi ödənişsiz “Virtual İngilis dili təhsil proqramı” nın açılış vebinarı
10 iyul 2023-cü il tarixdə Təhsil Tələbə Krediti Fondunun tələbələr üçün elan etdiyi ödənişsiz “Virtual İngilis dili təhsil proqramı” nın açılış vebinarı keçirilmişdir.
Vebinarda Fondun əməkdaşları, layihənin tərəfdaşı olan ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə məsul əməkdaşları, dərsləri tədris edəcək təlimçi John Crosetti və proqrama seçilmiş tələbələr iştirak etmişlər.
Vebinarda çıxış edən Fondun əməkdaşı Aysel Həsənova qeyd etmişdir ki, layihənin məqsədi təhsil tələbə kreditlərindən yararlanan tələbələrin, xüsusən regionlarda təhsil alan və sosial növ TTK-dən yararlanmış tələbələrin ingilis dili bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir. Ödənişsiz olaraq keçirilən ingilis dili kurslarına seçilmiş 125 nəfər tələbə 3 ay müddətində ümumi ingilis dili, akademik ingilis dili və İT-biznes ingilis dili sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Layihənin ərsəyə gəlməsində göstərdiyi tərəfdaşlığa görə ABŞ səfirliyinə təşəkkürümüzü bildiririk.