Təhsil Tələbə Krediti Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bərdə, İmişli rayonları və Mingəçevir şəhərində də təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalar keçirilib.
Tədbir iştirakçıları Fondun sədr müavini Bəhruz Əzimov, Fondun əməkdaşları Orxan Abbasov və Ağca Məmmədova tərəfindən təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması məqsədilə dövlət dəstəyi əsasında çox kiçik faizlərlə, uzun müddətə verilən təhsil tələbə kreditlərindən yararlanma imkanları haqqında ətraflı məlumat verilib.